İqtisadi İnkişaf naziri özünə “debil” dedi

Ukraynanın İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı naziri Timofey Milovanov özünü zarafatla “debil” adlandırıb.

Müstəqil.Az xəbər verir ki, buna qədər isə oliqarx İqor Kolomoyski ukraynalı nazirin “95-ci kvartal” verlişinin ölkədəki investisiya mühitinə təsiri ilə əlaqədar çıxışından sonra ona debil demişdi.

Timofey Milovanov yerli mediada ukraynalı oliqarxın onun barəsindəki sözlərini şərh edərkən bildirib ki, Kolomoyskinin onun barəsindəki sözlərindən incimir. “Mən gizlətmirəm ki, mən debiləm. Buna görə soruşuram… Zarafat edirəm”,- deyə Milovanov açıqlama verib.

Qeyd edək ki, İqor Kolomoyski oktyabrın 21-də Ukraynanın İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı nazirini istefaya çağırıb.(BAKU.WS)

Share: