Dövlət Sosial Müdafiə Fondu və bu qurumun fəndgir şöbə müdiri…– Mənzil qalmaqalı

 

Müxtəlif dövrlərdə vətəndaşların problemlərinin həlli yolunda apardığımız araşdırmalar, eləcə də müxtəlif sosial quruplar üçün  sosial qanunvericiliyə aid qanun, qərar, sərəncam və digər hüquqi normativ aktları və onlara şərhləri əks etdirən silsilə yazılarımız öz nəticəsini verməkdədir, saytımıza yönəlik marağı artırmaqdadır.Bunun nəticəsidir ki, Müstəqil.Az-n elektron poçtuna (e-mail-nə red.) hər gün onlarla məktub daxil olur.

 

Salahov Vüqar Rəfael oğlunun dərdi…

 

Bu məktubların sayına, təsnifatına kiçik nəzər yetirsək şikayət xarakterli ərizələrin üstün təşkil etdiyini asanlıqla görmək mümkündür. Son ümidiləri, əlləri hər yerdən üzülən şikayətçilər dərdlərinin, üzləşdikləri haqsızlığın ictimailəşdirilməsi üçün mediaya üz tuturlar.Hesab edir, düşünürlər ki, bəlkə bu halda onların dərdini eşidir, hallarına yanan olar.Belə şikayətçilərdən biri də Salahov Vüqar Rəfael oğludur.

 

DSMF və qanunsuzluqlar

Mətləbə keçək!..Körpəlikdən yetim qalan, xəstə və əlil anasının himayəsində böyüyən bu gəncin arzusu, istəyi qanunlar, qaydalar çərçivəsində mənzillə təmin olunmasıdır. Onun qənaətinə görə, dövlətimizin ən iri, insanlarımıza rahatlıq gətirə biləcək layihələrindən biri olan Abşeron rayonu Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olmuş insanlar üçün tikilən və paylanılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) həvalə olunan mənzillərin sakinlərə verilməsində yaranan qanunsuzluqlardır. Hər halda şikayətçi bunu özünün məktubunda belə nəql edir.

Vüqar Salahovun şikayəti konkret olaraq DSMF-in şöbə müdiri Vüqar Behbudovdandır. Ərizədə qeyd olunur ki, illərdi növbəyə dursa da “Məzun ev”lərindən ayrılmır.

 

“Məzun ev”ləri, yaxud son ümid

 

Kiçik haşiyə: Dövlətin humanist təşəbbüsü ilə həyata keçirilən və böyük sosial əhəmiyyətli layihələrdən biri kimi “Məzun ev”lərində mənzillər gənclərin istifadəsinə verilir. Binalarda müasir tələblərə uyğun yaşayış şəraiti yaradılır, bütün lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzillər təqdim edilir. Sevindirici haldır ki, gənclər buraya köçürüldükdən sonra onların bir çoxu ailə qurur, həmin ailələrdə uşaqlar böyüyür. İdman kompleksi, lazımı avadanlıqla təchiz olunmuş məktəbin tikilməsi də nəzərdə tutulur.

 

“Sirli barmaqlar”

 

V.Salahovun sözlərinə görə, növbədə 130-cu olsa da və tikiləcək ikinci binadan ona mənzil veriləcəyinə söz verilsə də, artıq üçüncü binadan belə ümidlər sual altına düşüb.Ən yaxşı halda binanın 3-4 ilə tikilməsi gözlənilir.Şikayətçi əminliklə bildirir ki, hansısa “sirli barmaqlar” onun növbəsini uzadır və hazırda sırada 169 iddaçıdır.O, əlavə edir ki, bu vaxta qədər 200 yaxın adam mənzillə təmin olunduğundan onun, yəni V. Salahovun  mənzili çoxdan verilməli idi.

Şikayətçinin iddiasına və əməkdaşlarımızın şərti mənzillə təmin olunmaq adı ilə apardığı araşdırmalar görə, bu mənzillərin bölüşdürülməsi heç də şəffaf aparılmayıb. Belə ki, mənzillə təmin olunanların əksəriyyəti həm şikayətçiyə, həm də əməkdaşlarımızın bu işlərin müəyyən maraqlar müqabilində gerçəkləşdiyini deyiblər. Redaksiyamıza göndərilən video çəkilişlər və ayrı-ayrı vaxtlarda müəyyən adamlar tərəfindən yazılmış şikayət ərizələrindən də bunu açıq, aydın görmək mümkündür.

 

Şöbə müdirinin şərti

 

Məsələ ilə bağlı DSMF şöbə müdiri Vuqar Behbudovla əlaqə saxladıq. Şöbə müdiri haqqında deyilənləri təkzib etdi. Amma onu da qeyd etdi ki, Vuqar Slahovun müvəqqəti sığınacaqla təmin olunması onun kirayədə qaldığı mənzilin fotolorunu gördükdən sonra acınacaqlı vəziyyətdə olduğu sübut olundu və ona deyildi ki, hələlik sənin  müvəqqəti sığınacaqla, sonradan isə mənzillə təmin olunmağın mümkündür.

Şikayətçi Vüqar da adaşının dediklərini deyir?

“Mən ona kirayədə yaşadığım damı göstərdim. Həyat yoldaşım və körpə qızımla burada yaşamağın çətinliyini anlatdım.Yatağımızdakı qurbağaları, kərtənkələ və digər həşaratların bolluğunu gördükdə, guya ki, insafı oyandı,”səni təcili sığınacaqla təmin edəcəyik”, – dedi. Amma etmədi. Niyəsi mənə sonradan məlum oldu. Mənzillə təmin olunanlar mənə dedilər ki, mütləq 5-6 min manat arası “hörmət” olunmalıdır. Mən də isə bu qədər pul heç vaxt olmayıb”.

Şikayətçinin ərizəsindən bir hissəni şöbə müdirinə təqdim etdikdə isə, israrla dedi ki, Salahov şantajla məşğuldur? Əlavə etid ki, o, heç kəsin qarşısında başı aşağa və gözü kölgəli deyil.

 

Pərvanə, Rüxsarənin “rolu”…

Redaksiyamıza təqdim olunan sənədlərdə Dövlət Sosial Müdafiə Fondunun mənzillərin bölüşdürülməsinə məsul şöbəsinin əməkdaşları və şöbə müdiri Vuqar Behbudova yaxınlığı iddia olunan Abbasova Validə və onun oğlu, həmçinin Pərvanə, Rüxsarə adlı xanımların da bu işdə “böyük rolu” olduğu xüsusi qeyd olunur. İddiada və redaksiyaya göndərilən çəkilişlərdən mlum olur ki, adları çəkilən vəzifəli şəxslər əsasən dəllal rolunu oynayır və mənzillərə müştəri tapırlar.
Adları çəkilən xanımlarla əlaqə saxlaya bilmədiyimizə görə onlarla bağlı araşdırmanı növbəti yazımızda dərc edəcəyik.

Ötgün
(Mövzuya qayıdacağıq)

Müstəqil.Az qarşı tərəfində cavab haqqını tanıyır

 

 

 

Share: