Bakıya 18 m-lik avtobuslar gəlir – VİDEO

229 ədəd 12 metrlik avtobuslar isə artıq paytaxtdadır

“Bakı Nəqliyyat Agentliyi tərəfindən 229 ədəd 12 metrlik avtobus gətirilib. Noyabr ayından etibarən də 18 metrlik avtobusların gətirilməsinə start veriləcək”.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin REAL-a verdiyi məlumata görə, ümumilikdə ilin sonuna qədər bütün yeni avtobusların xətlərə buraxılmasının yekunlaşdırılması nəzərdə tutulub.

BNA rəsmisinin sözlərinə görə, son 1-2 ildə daşıyıcılar tərəfindən 200-dən artıq avtobus gətirilib.

Eyni zamanda bütün avtobusların kart sisteminə keçirilməsi üçün ciddi iş aparılır.

Share: