Azərbaycanın Dövlət Müstəqillik günü münasibətilə Mahaçqala şəhərində bayram konserti keçirildi. – FOTO

18 oktyabr, 2019-cu il Dağıstanın Paytaxtı Mahaçqala şəhərində, “Dostluq evində”  Azərbaycanın Dövlət Müstəqillik günü münasibətilə bayram konserti keçirildi.
Mahaçqala şəhəri azərbaycanlıların milli- mədəni muxtariyyətinin sədri Rakif Əzizov, müavini Eldar Osmanov və Dərbənd azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri Telman Tahirlinin dəvəti ilə  konsertdə musiqisi Elmir Mədətoğluna, sözləri isə Zeynəb Dərbəndliyə məxsus olan “Yaşa, Azərbaycan” mahnısını  Zeynəb xanım  ifa etdi .
Konsertdə  Dərbənd- Azərbaycan Dövlət Dram teatrının aktrisaları, Dağıstan Respublikasının əməkdar artisti Sevda Bəybalayeva, aktrisa Diləfrüz Şıxməmmədova, musiqisi Elmir Mədətoğluna, sözləri isə yenə də Zeynəb Dərbəndliyə aid olan “Dağıstan- Azərbaycan” və “Dağıstanım” mahnıları ilə çıxış edib dostluq,qardaşlıq və sevgi mesajları verdilər.
Dağıstan Respublikasının əməkdar işçisi, müğənni Xurşida İsmayılova, Azərbaycan Dövlət Dram teatrının aktrisası Tamilla Osmanova və başqa qonaqların da ürəkaçan çıxışları tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılandı.
Müstəqilliyimizin keşiyində öz musiqiləri, şeirləri, vətənpərvər duyğuları, dostluq sevgisi ilə ölkədən kənarda da duran ,qəlbində vətən və Azərbaycan sevgisi olan insanlar Azərbaycanın bayramını beləcə ürəkdən, sevgi və coşqu ilə təbrik etdilər.
Müstəqil.Az
Share: