Respublikaçılar da Trampa qarşı: Suriyadan ordunun çıxarılması…

ABŞ qoşunlarının Suriyadan çıxarılması, ciddi strateji səhvdir.

Müstəqil.Az xəbər verir ki, bunu ABŞ Senatındakı respublikaçıların lideri Mişel Makkonel deyib. O bu qərarın ABŞ-ın təhlükəsizliyinə təsir göstərəcəyini bildirib:

“ABŞ qoşunlarının Suriyadan çıxarılması ciddi strateji səhvdir. Bu, Amerika xalqının və ölkəsinin təhlükəsizliyini təhdid altında qoyacaq, düşmənlərimizi ilhamlandırıb, vacib alyansları zəiflədəcək. Suriyadan qoşunlarının çıxarılması, Obama dönəmində İraqdan qoşunların çıxarılmasından sonra yaranan nəticələri təkrarlayacaq”.

Mete XAN

Share: