Poroşenko etmədi, Zelenski isə yollarını axtarır – Savçenko

Ukrayna Donbas konfliktinin həllini nəzərdə tutan Minsk razılaşmasını hələ indi icra edir.

Müstəqil.Az xəbər verir ki, bunu Ukraynanın “Nyusvan” televiziyasına müsahibəsində Ukrayna Radasının eks-deputatı Nadejda Savçenko deyib. Onun sözlərinə görə, Poroşenkodan fərqli olaraq hazırkı dövlət başçısı bu sənədin şərtlərinin icrası üçün yollar axtarır:

“Poroşenko bizim onu icra etməyimizlə bağlı yalan danışırdı. Əslində isə onlar heç nə etməyiblər. Zelenski əslində onların icrasıyla bağlı mexanizmlər axtarır”.

Müstəqil.Az

Share: