Avro-2020: Millimizin matçında hesab açıldı

16:14

Oktyabrın 13-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Axar.az xəbər verir ki, E qrupunda yer alan komandamız səfərdə Macarıstan yığmasının qonağı olacaq.

Budapeştdə, “Groupama Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Görüşü Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dennis Higler olacaq. Ona həmyerliləri Yohan Balder və Yoost van Zuylen kömək edəcəklər.

Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.

***

Komandalar meydana bu heyətlərlə çıxacaqlar:

Macarıstan: 1. Peter Qulaçi, 3. Mixay Korxut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaş Cucak (k), 8. Mate Vida, 9. Adam Şalai, 10. Dominik Soboslay, 14. Qerqö Lovrençiç, 15. Roland Şallai, 20. İstvan Kovats

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi Silvestr Paskual İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21 Pavel Paşayev.

***

Macarıstan – Azərbaycan futbol matçı start götürüb.

***

Macarıstan oyunun 10-cu dəqiqəsində hesab açıb. Mixay Korxut uzaq məsafədən vurduğu qolla komandasını önə keçirib: 1-0.

Müstəqil.Az

Share: