PKK-nın Türkiyəyə qarşı iyrənc planı üzə çıxdı

PKK məğlub olduqca İŞİD-çiləri azad edib, “Türkiyəyə görə İŞİD yenidən canlandı” fikrini yaratmağa çalışacaq.

Müstəqil.Az Axar.az-a istinad edərk  xəbər verir ki, bu barədə 2017-ci ildə Türkiyəyə sığınan SDQ-nin keçmiş sözçüsü Talal Silo danışıb.

Silonun sözlərinə görə, PKK ABŞ, Almaniya və Fransa kimi ölkələr tərəfindən silahlandırılıb. İndi isə Türkiyəyə göstərilən təzyiqin əsl səbəbi məhz PKK-nı müdafiə etməkdir. Sözügedən ölkələrin burada məqsədi Aralıq dənizini nəzarətdə saxlamaqdır.

Silonun sözlərinə görə, hazırda hücum edilən Ras-əl-Ayn və Tel Abyadda İŞİD üzvlərinin saxlandığı həbsxana yoxdur. Lakin Qamışlıda 1, Derikdə 2, Əl-Holda 1, Ayn əl-İsada 1, Rakkada 1 həbsxana mövcuddur. Əməliyyat nəticəsində küncə sıxılan terrorçular İŞİD üzvlərini azad etməklə Türkiyəni çətin vəziyyətdə qoya bilər.

Orxan

Share: