Yaponiya yığması məşq üçün suya girməli olub – “Haqibis” görüşü poza bilər – VİDEO

Yaponiyanın reqbi üzrə yığmasının Dünya Kubokunun qrup mərhələsinin Şotlandiya ilə matçına hazırlığı çətin şəraitdə keçib.

SE”nin verdiyi məlumata görə, bu, Yaponiyada tüğyan edən “Haqibis” qasırğası ilə bağlı olub.

Belə ki, tribunaaltı məkana getmək üçün idmançılar dizə qədər suya girməli olublar.

Hazırda məlum deyil ki, bu gün üçün nəzərdə tutulan oyun oktyabrın 13-ə keçiriləcək, ya yox. Məlumata görə, hava şəraiti ilə bağlı artıq Dünya Kubokunun iki görüşü ləğv edilib. Belə ki, İngiltərə və Fransa yığmaları meydana çıxa bilməyib, onlar qrupun turnir cədvəlində birinci yer uğrunda mübarizə aparmalı idilər. Eyni vəziyyətə Yeni Zelandiya ilə İtaliya yığmaları da düşüblər. Bütün komandalara 0:0 hesabı ilə heç-heçə qeydə alınıb.

Share: