Toyda balıq piroqu yedi və öldü

İngiltərənin Çorley şəhər sakini toyda isti balıq piroqu yeyərkən boğazını yandırıb və boğaz şişməsindən boğularaq ölüb.

Məlumata görə, toyda əylənən və getməyə hazırlaşan 51 yaşlı Darren Hikiyə isti balıq piroqunu dadmaq təklif olunub.

Piroqun istisi adamın boğazını yandırıb və bir neçə saat ərzində şişməyə başlayıb. Çətinliklə nəfəs alan Hiki həkimə müraciət edib. Ona parasetamol yazıb evə göndəriblər və ağrılarının güclənəcəyi təqdirdə təkrar xəstəxanaya gəlməsini məsləhət görüblər.

İstirahət üçün otağına gedən Hikki bir neçə saat sonra öskürərək boğulmağa başlayıb. Həyat yoldaşı təcili həkim çağırsa da, xəstəxanaya aparılan kişini xilas etmək mümkün olmayıb.

Patoloqoanotom Patrik Vo belə səbəbdən ölüm hallarına nadir hallarda rast gəlindiyini deyib.

Share: