“Sülh çeşməsi” II Qaregində “qorxulu xatirə” oyadırmış

Beynəlxalq ictimaiyyət Türkiyənin Suriyadakı fəaliyyətinə diqqət yetirməlidir.

Müstəqil.Az xəbər verir ki, bu bəyanatı Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin deyib. O, Türkiyənin “Sülh çeşməsi” əməliyyatının beynəlxalq nizama qarşı olduğunu bildirib.

Qaregin Türkiyə tərəfindən gerçəkləşdirilən əməliyyatın guya milli azlıqlara hücum təhdidi yaratdığını və Suriya ermənilərində “erməni soyqırımı”yla bağlı xatirələri yenidən oyatdığını söyləyib.

Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan da Türkiyənin “Sülh çeşməsi” əməliyyatını qınamışdı.

Mete XAN

Share: