Bu şəhər doğrudan da atamın şəhəridi – Şəfiqə Şəfa

Məlum olduğu kimi bu günlərdə Gənclər şəhəri kimin tanınan Sumqayıtın 70 illiyi ilə bağlı keçirilən şeir müsabiqəsi sona çatıb. Saytımızın yazarı, tanınmış şair-tərcümıçi, jurnalist Şəfiqə Şəfa müsqbiqə iştirak edib və onun “Atamın şəhəri” şeiri ikinci yerlə dəyərləndirilib.

Müstəqil.Az bu münasibətlə şairi təqdim edib və müsabiqənin nəticəsi ilə bağlı . Ş.Şəfanın fikirlərini öyrənib:

“Çox sevincliyəm, əlbəttə! Bu günə kimi bir çox müsabiqələrə qatılmışam, onların arasında uğurluları da olub. Amma bu müsabiqənin yeri mənim üçün başqaydı. Çünki boya-başa çatdığım doğma şəhərimin – Sumqayıtın şərəfinə keçirilirdi. Bu şəhərdə mənim uşaqlığım, yeniyetməliyim, gəncliyimin bir hissəsi keçib. Unudulmaz xatirələrim var… Şeirin adını təsadüfən “Atamın şəhəri” qoymamışam. Çünki bu şəhər doğrudan da atamın şəhəridi. Onun bir mütəxəssis olaraq, idmançı olaraq bu şəhərdə böyük əməyi var. Həm də bu şəhər mənim ata ocağımdı. Yəni elə Sumqayıt mənim atamdı. Doğma şəhərimə və atama olan səmimi etiraflarımı qələmə aldım. Və nə gözəl ki layiqli dəyələndirildi”, – Şəfiqə Şəfa deyib.

Tural B.

Share: