Gürcüstanda azərbaycanlı şagirdlər arasında kütləvi zəhərlənmə

Gürcüstanda azərbaycanlıların yaşadığı Qaraçöp mahalının (Saqareco rayonu) Ləmbəli kəndində şagirdlər arasında kütləvi zəhərlənmə olub.

Kənd sakinlərinin BAKU.WS-ə verdiyi məlumata görə, hadisə bu gün baş verib. Belə ki, Ləmbəli kənd orta məktəbinin 5-ci sisnif şagirdləri yaxınlıqdakı mağazadan limonad və cipsi alaraq yeyiblər. Bir müddət sonra onlar özlərini pis hiss ediblər.

Dərhal məktəbə təcili yardım çağırılıb. 7 şagird xəstəxanaya aparılıb. İlkin yardınmdan sonra onlar evə buiraxılıblar.

Faktla bağlı araşdırma aparılır. Şagirdlərin qəbul etdiyi qidaların istismar müddəti ilə bağlı problem olmadığlndan, firma haqqında araşdırmaya başlayıb.

659 baxılıb
mersin escort