Almaniyada yenidən yəhudiləri öldürürlər – FOTO/VİDEO

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxslər yahudilərə odlu silahla hücum ediblər.

RİA “Novosti” xəbər verir ki, atışma yerli sinaqoq yaxınlığında olub, bu zaman yəhudilər “Yom Kipur” dini bayramını qeyd etmək üçün məbədə toplaşıblar.

Cinyətkarlar yəhudi qəbiristanlığına qumbara da atıblar. Onlar sinaqoqa daxil olmağa cəhd ediblər.

Hüçum küçə kameralarına düşüb: cinayətkarlardan biri maşından çıxaraq dərhal tüfəngdən atəş açıb.

Bir müddət sonra polis cinayətkarlardan birinin tutulması haqda xəbər yayıb, axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Almaniyanın Baş prokurorluğu hadisənin istintaqına başlayıb.

Share: