Suriya Milli Ordusu Türkiyəyə gəlir: Gözlənilməz həmlə…

Suriya Milli Ordusu (müxaliflərdən təşkil olunan yeni ordu) Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində başlayacağı əməliyyata dəstək verəcək.

Müstəqil.Az xəbər verir ki, Suriya Milli Ordusundan bir hərbi birlik Şanlıurfaya göndərilib. Belə ki, Suriya Milli Ordusunun əsgərlərini daşıyan avtobus və silah-sursat yüklü TIR-lar Kilisdən Qaziantepə doğru istiqamət alıb.

Qeyd edək ki, Türkiyənin əməliyyatına Azad Suriya Ordusu da dəstək verir.

Pərviz

Share: