replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

“Binə” ticarət mərkəzi bugünkü yanğından sonra – VİDEO

“Binə” ticarət mərkəzində baş verən yanğından sonrakı görüntülər ortaya çıxıb.

Müstəqil.az BAKU.WS-a istinadla xəbər verir ki, hadisə yerindən çəkilən görüntülərdən göründüyü kimi bazarın bir hissəsi tam yanıb.

Qeyd edək ki, 8 oktyabr 2019-ci il saat 00:41-də nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

VİDEO

Share: