Putin ad günü ərəfəsində Sibir tayqasını gəzib, dağ zirvələrinə qalxdı

Rusiya Prezidenti Vladimir Putin ad günü ərəfəsində Sibir tayqasını gəzib, dağ zirvələrinə qalxıb.

Müstəqil.az xəbər verir ki, bu barədə “Layf” portalı yazıb.

Putin Müdafiə naziri Sergey Şoyqu ilə birlikdə meşədə göbələk toplayıb, həmçinin tayqada yolsuzluq avtomobili ilə gəzib.

Yolun bir hissəsini Putin və Şoyqu piyada gedib.

Bir qədər sonra dağ zirvəsinə qalxan Putin və Şoyqu Sibir və Moskvanın havası arasındakı fərqdən danışıb. Putin isə nazirə Moskvanın da havasının Sibirə bənzəməsi üçün çalışmaq gərəkdiyini bildirib.

Qeyd edək ki, Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub.

 

Share: