“Ağdam haqda bir şeir yaz, ara, yaz…”- Şair Allahşükür Ağadan Qulu Ağsəsə…

Bir gələydi biz tərəfə qara yaz

Şair Qulu Ağsəsə…

Qulu Ağsəs, budur səndən diləyim,
Ağdam haqda bir şeir yaz, ara, yaz.
Qadan alım, o şeirin də adını,
Həm ürək yaz, həm sinə yaz, yara yaz.

Günəş gedər, ay dolanar Ağdama,
Baiskarın gözlərinə ağ dama.
İnnən belə köynək geyin ağ, dama,
İnnən belə qara ağla, qara yaz.

Əsir gedən qızlar indi qarıdı,
Ürəyimdə neçə arzum qarıdı,
Yağan qarlar hansı qışın qarıdı ?
Bir gələydi biz tərəfə qara yaz.

Müstəqil.Az
Share: