Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Əlikram şadlıq evlərini səhv salıb başqasının toyunda oxudu – VİDEO

ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.

Müğənni toyda başına gələn maraqlı hadisədən danışıb:

“Sumqayıtda bir toya getmişdim. Şahidim də əməkdar artist, nağara çalan Eyvaz qardaşımdır. Məni telefonla toya göndəriblər. Dedilər ki, pulu gedib oradan alarsan. İki eyni adlı şadlıq evidir, biri o taydadır, biri isə bu taydadır. Girdim toya, başladım oxumağa. Toy dəydi bir-birinə. Qız evi oğlan evindən, oğlan evi isə qız evindən soruşur ki, bunu kim çağırıb

Gələn gedən də mənə qəribə baxır gedir. Mən də deyirəm bunlar niyə belə edir? Artıq qonaqlardan maraqlanırlar ki, bəlkə kimsə məni toya hədiyyə edib. Mənim də telefonuma nə qədər zəng gəlib. Toyu 1 saat oxudum. Məni də toya Rusiyadan bir qardaş göndərib ki, gedib oxuyarsan, hörmətini necə lazımdır edəcəklər. Məni çağırdılar ki, sənə zəng gəlir.

Telefonu açdım, dedilər qardaş sən hardasan? Dedim ki, filan şadlıq sarayındayam, toy oxuyuram. Dedi ki, sən düz getməmisən. Oğlana dedim ki, bəs düz gəlməmişik. Oğlan dedi ki, bəs bu 2 saat necə olacaq?”.BAKU.WS

VİDEO

Share:

seo