Dönərxanalar əti xüsusilə hardan alırlar?-Dönərxanalar və dəyişən ağız dadımız

Bakı dönərxanaları və dəyişən ağız dadımız

Mingəçevirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısını alınıb.

Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Mingəçevir şəhəri Kənar küçəsi 1, ev 3 ünvanında yaşayan Kəmaləddin Həsənova məxsus həyatyanı sahəyə baxış keçirib.

Baxış zamanı onun həyətyanı sahəsində təxmini çəkisi 400 kq olan iki baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində 2019-cu ilin yanvar-sentyabr ayları ərzində insan sağlamlığı üçün təhlükə yaradan 90 ton 294,649 kq ət və ət məhsulları dövriyyədən çıxarılaraq məhv edilib, bu kimi qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs haqqında məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bu son günlərdə baş verən bu tip hadisələrdən növbətisidir.

Yadınızadadırsa, bir müddət əvvəl “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun dəstəsi də bu kimi əməllərinə görə mətbuatın gündəminə gəlmişdi. Və məlum olmuşdu ki, Leş Tofiqin dəstəsi həmin ətləri Bakı dönərxanalarına satır. Bəs dönərxanalar əti xüsusilə hardan alırlar?

Digər dönərxanada isə vəziyyət belədir….

Müştərilərdə dönərin ətindən razı olduqlarını bildirdilər.

Qida təhlükəsizliyi Agentliyinin bakı regional bölməsinin rəisi Əkbər Əliyev bildirdi ki,zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar və emal sahəsində qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması olur

Xatırladaq ki, ötən ay 20 nəfər qidadan zəhərlənib. Qida zəhərlənmələri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə 47 müraciət daxil olsa da, onlardan yalnız 20-i öz təsdiqini tapıb.

Share: