Qürbətdə yaşayan şair Rizvan Cəfərli “Qürbətdən gələn səsi” təqdim edəcək…

Müstəqil.Az bildirir ki, qürbətdə yazıb yaradan şair Rizvan Cəfərlinin “Qürbətdən gələn səs” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

 06 oktyabr, 2019-cu il tarixində, saat 15-30 da  kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Təqdimat “Azərkitab Kitab Təbliğat Mərkəzində” keçiriləcəkdir.

Maraqlanan hər kəs dəvətlidir!

Qürbət eldə içindəki hiss və duyğuları, səsləri ağ vərəqlərə misra-misra köçürən şairə yaradıcılıq uğurları arzulayırıq.


Ünvan: Yasamal r-nu, General Akim Abbasov 78. (Lider TV-nin yanı, “Bazarstore” ilə üz-üzə)

 

Aysel Səfərli

Müstəqil.Az

Share: