“Uzaqqdan bir şeir” layihəsində Allahverdi MƏMMƏDLİ

Müstəqil.Az saytında “Uzaqdan bir şeir” layihəsinə başladıq.

Hərdən gəncliyimdə yazdığım şeirləri paylaşırdım. İlləi dəqiq xatırlamadığımdan “uzaqdan bir şeir”yazırdım sadəcə. Sayt bu şeirləri elə bu başlıqla yayımlayırdı və sayt rəhbərinin təklifi ilə “Uzaqdan bir şeir “i layihə kimi təqdim etməyə qərar verdik.

Siz də “Uzaqdan bir şeir”inizi və ya sevdiyiniz bir şeiri müəllifi göstərməklə bizə göndərə bilərsiz.

Layihənin rəhbəri: Kəmalə Abiyeva

Allahverdi MƏMMƏDLİ

AY İŞIQ SUYUNA ÇƏKDİ ÖMRÜMÜ

Təzə bədirlənmiş aya baxanda
duruldu  gözlərim bulaq gözü tək.
Ayın buz ovcunda, bəyaz ovcunda
Döndü barmaqlarım od lüləsinə
Közərdi  sübhəcən ardıc  gözü tək.

Gündüz borc aldığım bir baxış nurla
gecənin gözünü alacaladım.
Qaralmış əllərim ocaq daşıydı-
günəşi sac kimi qoyub üstünə
ovcumda ay üçün tonqal qaladım.

Yığışdı ulduzlar  yerin başına,
Söndü kor zülmətin qaraçırağı.
Ay çəkdi ömrümü işıq suyuna-
Yanında ömürlük üzüağ olum
bizi od parçası doğan torpağın.

 

Share: