Uşaq arabası ilə keçidi keçmək istəyən ana təhlükə ilə üzbəüz qaldı- ANBAAN VİDEO

Sosial şəbəkə istifadəçiləri qadının uşaq arabası ilə piyada keçidinin pilləkənlərindən yıxıldığı anların görüntülərini yayımlayıblar.
Avtosfer.az xəbər verir ki, insident Kazan şəhərinin “Ametevo” metro stansiyası yaxınlığında baş verib. Kadrlarda qadın uşaq arabasını yerüstü piyada keçidinin dik pandusundan necə əziyyətlə hərəkət etdirdiyi görülür. Qarşı tərəfə keçmək mübarizəsi aparan qadın bir müddət sonra əldən düşərək geriyə hərəkət etməyə başlayır. Müvazinətini itirən qadın arabanı əlindən buraxır və içində uşaq olan araba aşır.

Videonun sonunda körpənin ağlama səsi də eşidilir. Hadisədə körpənin xəsarət alıb-almaması barədə məlumat verilmir.

P.S. Bu cür dik panduslar şəhərimizin yerüstü və yeraltı piyada keçidlərində də təşkil olunub. Eyni vəziyyət bizdə də baş verə bilər.

 

Share: