Türkiyə ictimaiyyətində Ermənistana qarşı hiddət böyüməkdədir. Buna səbəb Ermənistanda ucaldılan bir abidədə Mehmet Tələt Paşanın təhqir olunmasıdır. Sözügedən abidədə Tələt Paşanın kəsilmiş başı terrorçu Soğomon Teyliryanın ayağı altında təsvir edilib.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistanın Şirak bölgəsində Osmanlı imperiyasının son Baş nazirlərindən olan Tələt Paşanı öldürən daşnak sui-qəsdçisi Soğomon Teyliryana aid heykəl inşa olunub. Heykəlin ayağının altında “İttihad və Tərəqi” hərəkatının liderlərindən olan Mehmet Tələt Paşanın kəsik başı təsvir olunub. Bu bədnam əməl haqlı olaraq Türkiyədə böyük etiraza səbəb olub. Türkiyənin bir çox şəhərlərində etiraz aksiyaları təşkil olunub.

Mehmet Tələt Paşa “Osmanlı Hürriyyət” cəmiyyətinin qurucu lideri, “İttihad və Tərəqqi” hərəkatının öncüllərindən olan dövlət xadimi olub. O, azərbaycanlılara və türklərə qarşı əsrlərdir davam edən erməni terrorunun qurbanı olub və “Daşnaksütun” terror təşkilatı bunu Soğomon Teyliryana həvalə edib.

Türkiyədə ictimai xadimlər və ziyalılar terroçu sui-qəsdçiyə abidə ucaldılmasının və Tələt Paşaya qarşı bu təhqirin Ermənistanın simasını ortaya qoyduğunu deyirlər.

Qeyd etmək lazımdır ki, Soğomon Teyliryan Berlində Tələt Paşaya qarşı sui-qəsd həyata keçirdikdən sonra ölkəsində qəhrəman elan edilib. Ermənistanda onun adına küçələrin verilməsi və heykəlinin ucaldılması isə bu ölkənin terroru nəinki dəstəklədiyini, bunun bir ideologiyaya çevirdiyini göstərir.

Müstəqil.Az

 

48 baxılıb