Atatürkün bu görüntüləri ilk dəfə yayımlandı – FOTO/VİDEO

Türkiyə Respublikasının qurucusu, böyük siyasi xadim Mustafa Kamal Atatürk və dönəmin baş naziri Cəlal Bayarın birlikdə olduqları ilk video yayımlanıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəngləndirilən və restavrasiya edilən videoda 1935-ci ildə çəkilmiş görüntülər əks olub

Kadrlarda Atatürk və Bayarın birlikdə qatarda səyahət etdiyi, heyət halında qatardan enən siyasi xadimlərə qarşılanma mərasimi hazırlandığı əks olunub.

Qeyd edək ki, Cəlal Bayar müxtəlif illərdə nazir, komitə sədri, baş nazir və ölkə prezidenti kimi vəzifələrdə olmuş, 1960-cı ildə inqilab zamanı həbs edilmiş, daha sonra sərbəst buraxılmış, 1986-cı ildə isə 103 yaşında vəfat edərək yaşayan ən yaşlı siyasətçi kimi tarixə düşmüş siyasi xadimdir.

Share: