25 yaşlı gənc canlı yayım açıb intihar etdi – VİDEO

Türkiyənin Adana şəhərində dəhşətli intihar hadisəsi baş verib.

25 yaşlı Tuqay Toxmaq adlı gənc sosial mediada canlı yayım açıb və bu əsnada ov tüfəngi ilə canına qəsd edib.

Gənc bu hadisəni meşəlik ərazidə törədib. Əvvəlcə telefonunu motosikletin üzərinə bərkidib, daha sonra ov tüfəngini başına dayayaraq tətiyi çəkib.

Canlı yayımı izləyən qohumlarından biri olay yerinə təcili tibbi yardım göndərib. Yaralı gənc xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı istintaq işi açılıb.

Müstəqil.Az

Share: