Qabil Dərdli “Üşüyür qolumun sən tutan yeri” adlı ilk şeirlər kitabını təqdim edəcək…

Müstəqil.Az bildirir ki, şair Qabil Dərdlinin yeni şeirlər kitabı işıq üzü görüb.

Kitab “Adiloğlu” nəşriyyatında çap olunub.

Kitabın redaktoru AYB-nin və AJB-nin üzvü , “Azad qələm ” qəzetinin baş redaktoru ,şair Nəcibə İlkin ,

Rəssamı  sevilən şair, rəssam Sehran Allahverdidir.

05 oktyabr 2019- cu il tarixində, saat 14-00 da “ÜŞÜYÜR QOLUMUN SƏN TUTAN YERİ” adlı şeirlər kitabının təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Təqdimat mərasimi “Azərkitab” Kitab Təbliğatı Mərkəzində baş tutacaq.

Maraqlanan hər kəs dəvətlidir!

 


Ünvan: Yasamal r-n, General Akim Abbasov 78.(Lider TV-in yanı, “Bazarstore” ilə üz-üzə).

İlk uğuru münasibətilə şair Qabil Dərdlini təbrik edir,ona yaradıcılıq zirvələri arzulayırıq.

 

Aysel Səfərli

Müstəqil.Az

 

La imagen puede contener: Gabil Derdli, texto
Share: