İctimai Televiziyanın efirində gedən yeni “3D” layihəsinin bugünkü qonağı millət vəkili Qənirə Paşayeva olub.
Verilişdə Qənirə Paşayevaya çox maraqlı suallar ünvanlanıb. Belə ki, aparıcı “Dadaş Dadaşlinski” Paşayevadan millət vəkili vəsiqəsini girov qoya bilib-bilməyəcəyini soruşub.
Qeyd edək ki, hazırda millət vəkili Rafael Cəbrayılovun 300 min manat borc müqabilində Milli Məclisin 3-cü və 4-cü çağırış vəsiqəsinin orijinalını yazılı iltizamla girov qoyması ciddi şəkildə müzakirə edilir. İTV-nin robot-aparıcısı buna işarə ilə Q.Paşayevanın münasibətini öyrənib.
Müsahibədə çox maraqlı məqamlardan da söz açılıb.
Verilişin videosunu təqdim edirik:

45 baxılıb