Paşinyan onu darmadağın edən məmurun həbsini hazırlayır

Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Artur Vanetsyanın açıqlamasından sonra Baş nazir Nikol Paşinyan narahat olmağa başlayıb.

Müstəqil.Az xəbər verir ki, bu məlumatı “Past” qəzeti öz mənbələrinə istinadən yayıb.

“Mənbələrimiz bildirir ki, Paşinyan Vanetsyana qarşı cinayət işinin qaldırılması imkanlarını nəzərdən keçirməyi tapşırıb. Bununla bərabər, o, Ermənistan Futbol Federasiyasına Vanetsyanın federasiyadakı vəzifəsindən uzaqlaşdırılması metodlarının tapılması barədə tapşırıq verib. Paşinyanı xüsusilə Ermənistan futbol yığmasının Avro-2020-dəki seçmə qrup mərhələsindən çıxmaq şansı və bunun Vanetsyanın reytinqinə təsir göstərəcəyi narahat edir”, – deyə o bildirib.

Qeyd edək ki, Vanetsyan istefasından sonra Paşinyanın onun yanına müxtəlif adamlar göndərdiyini və bir müddətlik susmağını xahiş etdiyini, baş nazirin özünün isə razılaşmaları pozub, populist bəyanatlar verdiyini bildirib. Onun sözlərinə görə, zaman kimin və nəyin zibillikdə olacağını göstərəcək, xalq manipulyasiyaya getməyəcək.

Mete XAN

Share: