Şoyqu Türkiyə haqda ikibaşlı açıqlama verdi: S-400..

Rusiya və Türkiyə mövcud vəziyyətdə təhdidə qarşı birlikdə mübarizə aparmalıdır.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

“Evlənəcəyimiz adamı seçə bilirik, amma qonşularımızı seçmək şansımız yoxdur. Türkiyə ilə qonşuyuq və isti münasibətlər saxlamalıyıq. Ankaraya S-400 tədarük etməyin gələcəkdə Moskvanın əleyhinə olacağı ehtimalı haqda indi bir fikir demək olmaz. Ortaq təhdid var və biz ona qarşı birlikdə mübarizə aparmalıyıq”, – Şoyqu bildirib.

Müstəqil.Az

Share: