Kəmalə Abiyeva “Uzaqdan bir şeir” layihəsində…

NƏ TEZ GƏLDİ BU PAYIZ

Nə tez gəldi bu payız?
Təbiətmi tələsdi,
yoxsa ki, tələsdik bz?
Yenə küləklər əsdi…
payızın ahımı küləklər,
yoxsa soyuyan nəfəsimiz?
Nə tez gəldi bu payız…


Yenə yağdı yağışlar…
Bəlkə elə payızın gözləridi buludlar?
Bəlkə də həsrətimiz.
Nə tez gəldi bu payız…
Yaşıl-yaşıl yarpaqlar saralıb töküldülər.
bəlkə elə ağaclar göz yaşı tökürdülər?
Bu saralan yarpaqlar ağacların göz yaşı
yoxsa sevgisiz yaşanan günlərimiz?
Nə tez gəldi bu payız…
Günəşin oduna da isinə bilmirik biz.
Payızmı günahkardı,
ya payız günəşinə dönən ürəklərimiz?

Share: