Şamaxıda ticarət mərkəzində yanğın

Şamaxıda ticarət mərkəzində yanğın baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Şirvani küçəsində qeydə alınıb.

Allahverdiyev Zaur Hüseyn oğluna məxsus ümumi sahəsi 400 kv.metr olan ikimərtəbəli ticarət mərkəzinin ikinci mərtəbəsində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şamaxı Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürmə avtomobili, 17 şəxsi heyəti gəlib. Yanğının birinci mərtəbəyə və ətraf binalara keçməsinin qarşısı alınıb. 400 kv.metrlik binanın 200 kv.metri dam örtüyü ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisənin səbəbləri araşdırılır.

Share: