Alman jurnalistlər “İŞİD”-çilərin saxlanıldığı türmədən reportaj hazırladı – FOTO+VİDEO

Almaniyanın “Welt” telekanalının  jurnalistləri Suriyadakı “İŞİD” döyüşçüləri saxlanılan həbsxanadan  reportaj çəkməyə müvəffəq olublar.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə,   məhkumlar kürd nəzarətində olan ərazidə saxlanılır. Türmədə Avropa da daxil olmaqla müxtəlif ölkələrdən 5 mindən çox məhbus var. Ümumilikdə kürd birləşmələrinin əlində təxminən 12 min keçmiş terrorçu saxlanılır. Məhbuslar arasında 100-ə yaxın Almaniya vətəndaşı da var.
Dustaqlardan biri etiraf edib ki, “İŞİD”-in ələ keçirdiyi ərazidə İslam qanunlarına uyğun yaşayacağını düşünəndə səhvə yol verib.

Share: