Ana yatmayan övladına heroin verdi: uşaq öldü – FOTO

İngiltərədə ana övladı yatmadığı üçün dəhşətli yola əl atıb.

33 yaşlı qadın bir yaşlı körpəsinin gecə yuxuya getmədiyi üçün diş ətlərinə heroin sürtüb.

Nəticədə, uşaq ölüb.

Məhkəmədə uşağına zərər vermək üçün deyil, sadəcə, onun vaxtında yatması üçün bu addımı atdığını deyən ana özünü günahkar saymayıb.

Məhkəmə Tibbi Ekspertizasının nəticələrinə görə, narkotik maddə körpənin mədəsinə düşüb və bu da onun ölümünə səbəb olub.

Share: