Oqtay Rza…Elə bil nağıl idi.

Hamımızın əzizi bir Oktay müəllim vardı… Oqtay Rza. Elə bil nağıl idi… Kimsə ondan incimişdimi, yadıma gəlmir. Bəs o kimdənsə gileyli qalmışdımı? Bilmirəm. Amma bilməyə-bilməyə də əminliklə deyirəm, əlbəttə yox. Kimdən gileyi, incikliyi olsa o adamın özünə deyərdi: Mirzə, sən…

“Mirzə” onun sevdiyi müraciət idi. Tədbirlərdə, adi danışıq zamanlarında da soyadların sonunda olan, “ov”u, “yev” i atardı, şəkilçisiz soyada üstünlük verərdi. Milli idi, ruhu təmiz idi, xainlik, araqarəşdırmaq ondan çox-çox uzaqda dururdu. Gözünün təbəssümü sifətinə nur çiləyirdi…


Yazar dostum Aləmzər Sadıqqızı deyir ki, nağıl ömrü yaşayırdı əzizimiz Oqtay müəllim və birdən bu nağıl bitdi. Amma yox, özü aramızda olmasa bu nağıl davam etmədədir.
Gəlini Ləman, oğlu Hünərin ömür gün yoldaşı Aləmzırə deyib ki, indi nağıllara çevrilən, haqq dünyasında yatan, ruhu başımızın üstündə dolaşan Oktay müəllim insansevər idi. Övladlarını, nəvələrini hansı ilıq sevinin ətrafına toplayırdısa, elə başqalarının da uşaqlarına o sevgini sırgiləyirdi. Bir dəfə mənə “Dənizin babası” deyə müraciət etdi, görününr mənim də körpəkərə olan istəyim gözündən, diqqətindən yayınmamışdı.

Nəvəsi Yunisi isə xüsusi olaraq bu təhsil ilində diqqətdə saxlayacaqdı. Söz vermişdi ki, Yunis 1-ci sinfə qədəm qoyanda onun şəklini “Savalan” qəzetində verəcək. Mən “Savalan” qəzeti ilə əlaqə qura bilməsəm də böyük kişinin, gözəl insanın nəvbəsinə verdiyi sözü tutdum, müstəqil.az saytında Yunisin 1 ci sinfə qədəm qoyduğu anı yayınladım. Babasına, millətimizə layiq övlad olsun, inşallahş
Faiq Balabəyli

Share: