Şəkidə tələbə attraksiondan yıxıldı

Şəkidə tələbə attraksiondan yıxılıb.

Müstəqil.Az xəbər verir ki, Şəki Pedoqoji Kollecinin tələbəsi, Bərdə rayon sakini, 16 yaşlı Xəyalə Durmuşova istirahət parkında attraksiondan yıxılıb.

Ağır bədən xəsarətləri alan yeniyetmə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə olunan yaralıya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub. Hazırda 16 yaşlı X. Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır.

Fakt araşdırılır.(Oxu.az)

Share: