Sərxoş halda xəstə qəbul edən həkim işdən qovuldu… – FOTOLAR+VİDEO

Rusiyanın Şimali Osetiya respublikasındakı  xəstəxanalardan  birinin həkimi Allahın haram buyurduğu içkini qəbul etdiyinə görə işini itirib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki,  qalmaqalı olay zədəli bir uşağın Mozdok şəhər xəstəxanasında bəhs edilən həkimin qəbuluna gəlməsi zamanı baş verib. Hadisə uşağın valideynlərindən birinin  çəkdiyi iddia edilən video-görüntülər  sayəsində bəlli olub. Sosial şəbəkələrdə yayılan videoda tam sərxoş olan, başı az qala masaya dəyən travmatoloqun xəstəyə gipsin üzərinə məlhəm çəkməyi məsləhət gördüyü göstərilir.  Həkimin onu videoya çəkən valideyndən biablrcasına qaçmağa çalışdığı  da bəlli olur…
Mediada geniş əks-səda doğuran hadisəyə Mozdok xəstəxanasının rəhbərliyi dərhal günahkar həkimin işdən çıxarıldığını elan etməsi ilə cavab verib.
Xəbərdə  o da qeyd edilir ki, son bir neçə ildə Şimali Osetiya əhalinin alkoqola meyillənməyi  baxımından Şimali Qafqaz respublikaları arasında birinci yeri tutub.
Sultan Laçın

Share: