Şərif Ağayardan yeni status – esse

Bir dəfə qızımla filmə baxırdım. Filmi izah edə-edə gedirdim. Qızım da mənimlə.

Qəfil rejissorun əclaf manevri məni ağlatdı və uşaqdan gizlənmək üçün pəncərəyə qaçdım. Başımı çölə uzadan kimi gözlərimdən üç-dörd damla üzüm giləsi boyda yaş aşağı düşdü və inanmazsınız, səkiylə keçən kişinin   keçəl başında gumbuldadı!

Kişi yuxarı baxdı, mən instinktiv geri çəkildim, o, başını sığalladı və çox yəqin, vəziyyəti kondisionerlərin nadincliyinə yozdu.

Həyat qəribədir. Təsəvvür edin, nə vaxtsa həmin kişi ilə rastlaşıram və biz tanış oluruq. O soruşur:

– Sən kimsən?

Cavab verirəm:

– Göz yaşları başınıza tökülən adam!

Yəqin, məni xəstə sayar…

Share: