Kürd siyasətçi xəbərdarlıq etdi: -PKK böyük qırğınlar törədə bilər

Ailələrin cəsur aksiyası PKK-nı küncə sıxıb. Anaların aksiyasını əngəlləmək, kürdləri həzm etmək üçün PKK böyük qırğınlar törədə bilər.

Müstəqil.Az xəbər verir ki, bunu kürd siyasətçi Qalib İlhanər bildirib.

Diyarbəkirdə anaların HDP-nin binası önündə oturaq aksiya keçirməsinə Türkiyənin dörd bir yanından dəstək verildiyini deyən İlhanər ataların da meydana çıxmalı olduğunu söyləyib:

“PKK gündəmi dəyişdirmək üçün böyük qırğınlar törədə bilər. Bu aksiyanı Türkiyənin digər bölgələrinə də, hətta Avropanın paytaxtlarına da yaymaq lazımdır”.

Pərviz H.

374 baxılıb
mersin escort