Astarada 7 otaqlı ev yanıb

Müstəqil.Az AZADİNFORM-a istinad edərək xəbər verir ki, Astara rayonunun Şahağac kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müstəqil.Az

Share: