Tanınmış azərbaycanlı ifaçı öldü – Video

Tanınmış azərbaycanlı muğam ifaçısı Həbib Rəhimov vəfat edib.

Bu barədə Müstəqil.Az məlumatı H.Rəhimovun sənət dostu Safalat Səmədovun mətbuata verdiyi xəbərdən əldə edib.

Safalat Səmədovbildirib ki, uzun illər “Azkonsert”in və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş Həbib Rəhimov uzun sürən xəstəlik nəticəsində sentyabrın 10-da dünyasını dəyişib. Allah rəhmət eləsin!

Müstəqil.Az

Share: