əhid pilotumuzun məzarından tapılan məktub (VİDEO)

Mərhum pilot Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapılıb. Qardaşı Nicat Atakişiyev məzarı ziyarət edən zaman üzərində məktub olduğunu görüb.

Məktubu oxuyanda çox təsirləndiyini deyən Nicat Atakişiyev orada yazılanları Xəzər TV-yə danışıb.

Məktubda qeyd olunub:

“Tanıyan, tanımayan nə çox sevənin varmış, komandir. Mən səni qəzaya düşməmişdən əvvəl tanımayanlardan biriyəm. Şəhidlik xəbərini aldığım anda söz tapa bilmədim. Son nəfəsimə qədər səni anacam. Ruhun şad olsun!” deyə məktubda qeyd olunub.

Nicat Atakişiyev tapdığı məktubu sosial şəbəkələrdə də paylaşıb.

Xatırladaq ki, şəhid Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb.

Share: