Ermənilərin əllərində heç bir fakt olmaya-olmaya Culfada erməni qəbiristanlığının dağıdılmasını beynəlxalq təşkilatlarda qaldırırlar. Əslində isə özləri türk və kürd qəbiristanlığını dağıdıb, xarabalığa çevirirlər.

Müstəqil.Az xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov öz Feysbuk səhifəsində ermənilərin türk və kürd qəbiristanlığını dağıtması ilə bağlı video paylaşıb. Politoloq bildirib ki, ermənilər hətta ölüləri də rahat buraxmırlar:

“Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Azərbaycanın indiki Ermənistandakı torpaqlarında, eyni zamanda Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada islam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Təkcə islam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir”. Z.Məmmədov bildirib ki, bütün bu vəhşilik dünyaya göstərilməli və ermənilər ifşa edilməlidir.

Qeyd edək ki, müsəlman qəbirlərin dağıdılmasını erməni narina Kirokasyan lentə alıb.

Mahir Ə.

42 baxılıb