Həbib amerikalı Dastin Poryeyə belə qalib gəldi – Video

Qarışıq döyüş növlərinin (MMA) UFC 242 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Dastin Porye arasında döyüş baş tutub.

Müstəqil.Az xəbər verir ki, görüş Əbu-Dabi şəhərində baş tutub.

Peşəkar arenada indiyədək məğlub olmayan Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəmərini müdafiə edib. O, üçüncü raunda rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Müstəqil.Az

     

    Share: