Musa Yaquba “Xalq şairi” fəxri adı təqdim olundu – FOTO

Yazıçılar Birliyinin üzvü Musa Yaquba “Xalq şairi” fəxri adı təqdim olunub.

Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, Xalq şairinə fəxri adın nişanını və vəsiqəsini Mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edib.

Nazir M.Yaqubu təbrik edərək onun müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şairlərdən olduğunu bildirib.

“Xalq şairi” kimi yüksək fəxri ada layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən M.Yaqub ölkə başçısının həmişə yaradıcı insanlara diqqət və qayğı göstərdiyini deyib.

Qocaman şair Azərbaycan poeziyasının gələcəyindən nikbin olduğunu da vurğulayıb.

Share: