Türkiyə səfirliyi yaxınlığında PARTLAYIŞ – Onlarla ölü və yaralı var / VİDEO

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində 10-dan çox insan həlak olub. 30-dan çox yaralı var.

Xarici KİV xəbərlərinə görə, hadisə ABŞ, Türkiyə və digər səfirliklərin, o cümlədən nazirliklərin, NATO-nun Əfqanıstandakı mənzil-qərargahının yerləşdiyi 9-cu polis bölgəsində qeydə alınıb. Hücuma görə məsuliyyəti “Taliban” terror qruplaşması üzərinə götürüb.

Terrorçuların hədəfində polislər olub. Hadisədən sonra antiterror əməliyyatları başlayıb. (redaktor.az)

Paylaş:

Share: