Yaponiyada qatar relsdən çıxdı, xeyli yaralı var – Video

Yaponiyada yük maşını ilə toqquşan qatar relsdən çıxıb. “Qafqazinfo”nun məlumatına görə,  bu barədə Yaponiyanın İctimai Televiziyası xəbər verib.

Hadisə İokaqama şəhərinin dəmir yolu keçidlərinin birində baş verib. Toqquşma nəticəsində qatarın baş vaqonunun ön hissəsi ciddi zədələnib, azı 30 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Share: