Azərbaycanlı rəssamdan Ərdoğana hədiyyə – VİDEO

Rəssam Konyaya gələn Türkiyə prezidentinə öz əsərini bağışlayıb

Azərbaycanlı rəssam İlham Ənvəroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Konyaya səfəri zamanı tablo hədiyyə edib.

Türkçülüyü özündə əks etdirən tablodan məmnunluğunu bildirən Türkiyə prezidenti rəssamı Ankaradakı iqamətgahına dəvət edib.

İlham Ənvəroğlu 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olub.

Hazırda Selcuk Universitetinin professoru olan rəssam bugünədək xaricde 25 ferdi sergi açıb, 100 den artıq beynəlxalq sərgidə iştirak edib. Keçirilən beynəlxalq müsabiqələrdə dünya birincisi olub.

Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda keçirilən “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi keçirib.

Share: