Prezident məmurların sayı azalacağnı elan etdi

Qazaxıstan Prezidenti Qasım Jomart-Tokayev 2024-cü ilə qədər dövlət işçiləri və milli kampaniyaların əməkdaşlarının sayının 25 faiz azaldılmasına qərar verib.

Müstəqil.Az xəbər verir ki, bu barədə ölkə başçısı Qazaxıstan əhalisinə müraciəti zamanı bildirib.

“Dövlət işçilərinin fəaliyyətinin səmərəliliyini artırmaq üçün onların sıralarına hazırlıqlı gənc kadrlar cəlb olunmalıdır. Bununla yanaşı 2020-ci ildən başlayaraq biz mütəmadi olaraq dövlət işçilərinin sayının azaldılmasına başlayacağıq. Qənaət edilən vəsait isə daha faydalı əməkdaşların maddi cəhətdən həvəsləndirilməsinə sərf olunacaq”, – Tokayev söyləyib.

Orxan

 

Share: