ABŞ-ın bu ştatında təxliyə başlandı

ABŞ-ın Corciya ştatının sahilyanı rayonlarının təxliyəsinə başlanılıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Corciya ştatının qubernatoru Brayan Kemp danışıb.

Təxliyə qərarı ştata yaxınlaşan “Dorian” qasırğası ilə bağlı qəbul edilib. Ştatın Çatem, Brayan, Liberti, Makintoş, Qlinn və Kamden bölgələrinin təxliyəsi nəzərdə tutulub.

Qeyd edək ki, bir qədər əvvəl dördüncü təhlükə səviyyəsinə yüksələn qasırğanın mərkəzində küləyin sürətinin saatda 130 milə (209 kilometr) çatdığı bildirilmişdi.

Orxan

 

Share: